22.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Noyabr ayının 22-də Dovlət Sərhəd Xidmətinin rəhbər heyəti II Fəxri xiyabanda Dövlət Sərhəd Xidməti rəisinin sabiq müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin vəfatının  ildönümü ilə əlaqədar onun əziz xatirəsini ehtiramla yad etmişlər.

Mərhumu yad edənlər həyatının çox hissəsini Vətənimizin təhlükəsizliyinin təmin olunmasına, müqəddəs sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrlarının formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirmiş və onun xatirəsinın daima qəlblərdə yaşayacağını bildirmişlər.

General-mayor M.Abbasquliyevin ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəisi adından başsaglığı verilmişdir.

 

 

                                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80