+
-
16.01.2013
16.01.2013- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi rəsmi olaraq bil­dirir ki, əsgər Cəlilli Davud Məhəmməd oğlunun hərbi xidmətdə olduğu zaman xəstələnməsi faktı ilə əlaqədar bəzi kütləvi infor­ma­siya vasitələrində əks olunmuş məlumatlar həqiqətəuyğun deyil­dir və qərəzli xarakter daşıyır.

    Belə ki, DSX-nin 2006 saylı hərbi hissəsinin sabiq əsgəri Cə­lilli Davud Məhəmməd oğlu 12 oktyabr 2010-cu il tarixdə Sal­yan rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır. 12 okt­yabr - 29 noyabr 2010-cu il tarixlərdə 2004 saylı hərbi his­sənin təlim-tədris bölüyündə xidmət etmiş, 29 noyabr 2010-cu il tarixdə hərbi xidmətini davam etdirmək üçün 2006 saylı hərbi his­səyə göndərilmişdir.

    Əsgər D.Cəlilli hərbi xidmətdə olarkən müxtəlif vaxtlarda: 24 fevral - 02 mart 2011-ci il tarixlərdə«kəskin tonzilit», 06-16 may 2011-ci il tarixlərdə«su çiçəyi», 18-20 oktyabr 2011-ci il tarixlərdə «farin­git», 28 oktyabr - 01 noyabr 2011-ci il tarixlərdə «nevrotik reaksiyalar», 29 dekabr 2011 - 11 yanvar 2012-ci il tarixlərdə «kəs­kin parasinisoit» diaqnozları ilə hərbi hissənin tibb məntə­qə­sində müalicədə olmuşdur.

    Əsgər D.Cəlilli 12 yanvar 2012-ci il tarixdə «Kəskin menin­qoensefalit» xəstəliyinin əlamətlərinə şübhə olduğu üçün DSX-nin hərbi hospi­talına göndərilmiş, reanimasiya və anesteziya bölməsi­nə yerləşdirilmiş və müvafiq tədbirlər görülmüşdür. Xəstənin və­ziyyəti ilə bağlı valideynlərinə məlumat çatdırlmış və hospitala də­vət edilmişlər. Xəstənin valideynləri hospitala gəlmiş və xəs­tənin vəziyyəti həkimlər tərəfindən onlara izah edilmişdir. Hərbi hospi­talda müalcədə olarkən 01.02.2012-ci il, 16.02.2012-ci il tarixlərdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov,  16.02.2012-ci il tarixdə Müdafiə Nazirliyinin həkim-infeksionisti polkovnik-leyte­nant Azər Nağıyev, 23.02.2012-ci il tarixdə neyrocərrah Rauf Hüseynli tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edil­mişdir.

   Xəstənin müayinə və müalicəsini daha yüksək ixtisaslı mütə­xəs­sislər tərəfindən aparılması məqsədilə əsgər D.Cəlilli 15 mart 2012-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hesabına Türkiyə Res­publikası Gülhanə Əsgəri Tibb Akademiyasına göndərilmişdir. DSX hərbi hospitalı tərəfindən əvvəlcədən qoyulmuş diaqnoz  Gül­­hanə Əsgəri Tibb Akademiyasının mütəxəssisləri tərəfindən təsdiq edilmiş və müalicənin əvvəlki qaydada davam etdirilməsi məs­ləhət bilinmişdir. 31 mart 2012-ci il tarixdə əsgər D.Cəlilli DSX hərbi hospitalına köçürülmüşdür.

    Təkrar olaraq 11.04.2012-ci il, 15.05.2012-ci il, 11.06.2012-ci il və 30.10.2012-ci il tarixlərdə Müdafiə Nazirliyinin həkim-in­fek­sionisti polkovnik-leytenant Azər Nağıyev, 15.05.2012-ci il ta­rixdə 4 saylı VƏD-in fitizomeninqioloqu Arzu Dadaşov, 29.06.2012-ci il tarixdə həkim-infeksionist Yusif Alxa­zov tərəfindən xəstəyə baxış və konsultasiyalar təşkil edil­mişdir.

26 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.09-cu il tarixli  59 saylı qərarına əsasən «Vərəm mənşəli meninqo- ensefalit. Ensefalitdən sonrakı neyrosensor ağır eşitmə» diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmiş və hər­bi xidmətdən tərxis edilmişdir.

Tərxis edilməsinə baxmayaraq D.Cəlillinin müalicəsi 01 de­kabr 2012-ci il tarixədək DSX hərbi hospitalında davam etdiril­mişdir.

01 dekabr 2012-il tarixdə xəstənin atası hərbi hospitala yazılı müraciət edərək oğlunu 4 say­lı Vərəm Əleyhinə Dispanserə apar­maq niyyətində olmasını, hospitaldan və hospital həkimlərin­dən heç bir şikayətinin yaxud narazılığının olmadığını bildirmiş və xəstə 4 say­lı Vərəm Əleyhinə Dispanserə köçürülmüşdür. Xəstə Vərəm Əleyhinə Dispanserdə olduğu müddətdə də hərbi hospi­talın hə­kim­ləri tərəfindən nəzarətdə saxlanılmış və zəruri dəstək verilmiş­dir.

   12 dekabr 2012-ci il tarixdə D.Cəlilli valideynləri tərəfindən Vərəm Əleyhinə Dispanserdən evlərinə aparılmışdır.

    Bununla yanaşı qeyd edirik ki, DSX hərbi hospitalında müa­licədə olarkən anasının xəstə ilə birlikdə qalmasına şərait ya­radılmış və 01 dekabr 2012-ci il tari­xədək anası palatada xəstənin yanında olmuşdur. Atası mütəmadi olaraq hərbi hospitalda oğlu ilə görüşmüşdür.

    Təəssüf hissi ilə qeyd edirik ki, D.Cəlillinin müalicəsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, onun sağlamlığının bərpa edilməsi mümkün olmamışdır.

    Əlavə olaraq bildiririk ki, Dövlət Sərhəd Xidmətinə müddətli həqiqi hərbi xidmətə qəbul olunan hər bir əsgərin valideynlərinə rəsmi qaydada əlaqə telefonları verilməklə, övladlarının hərbi xid­məti ilə əlaqədar olan yaxud ona mənfi təsir göstərə bilən bü­tün məsələlər barədə Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət Üzrə Baş İdarəsinə məlumat verilməsi xahiş olunur. Bu təcrübənin tət­biqi nəticəsində əsgər valideynləri ilə qarşılıqlı əlaqənin yaradıl­ma­sına nail olunmuşdur və valideynlərdən daxil olan bütün məlu­mat­lara operativ reaksiya verilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, hərbi hissələrin komandirləri tərəfindən daxil olan hər bir məlu­mat ciddi yoxlanılır və zəruri tədbirlərin görülməsi təmin edilir. Mütə­ma­di olaraq hərbi prokurorluğun əməkdaşlarının bütün sərhəd böl­mələrinin şəxsi heyəti ilə profilaktik görüşləri təşkil olunur, şəx­si heyətin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər vəİdman Nazirliyi ilə birgə tədbirlər həyata keçirilir.

    Bu kimi halların kütləvi informasiya vasitələrində hə­qi­qə­tə­uyğun olmayan formada işıqlandırılmasını qərəzli mü­na­si­bət, məq­sədyönlü və düşünülmüş şəkildə həyata ke­çirilən nü­fuzdan salma, düşmən dəyirmanına su tökmə kam­paniyası kimi qiy­mətləndirir və həmin materialların müəlliflərini milli maraq­la­rımıza zidd olan bu kimi hərə­kətlərdən çəkinməyə çağırırıq.

 

 

 

 

 

 

 

f tw