04.11.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq noyabr ayının 3-də Dövlət Sərhəd Xidmətinin Akade­miyasında dini radikalizm və ekstremizm qurbanlarına çevrilərək ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edilmiş Azərbaycan vətəndaşlarından və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızdan bəhs edən “Şəhadət” filmi nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov tərəfindən dini radikalizm və ekstremizmin törətdikləri fəsadlar,  bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaş­la­rı­mızı xaricdə fəaliy­yət göstərən dini ekstre­mist qrupların və onların silahlı dəstələri­nin tərkibinə qoşulmaq cəhdləri pislənmiş, bu cür əməllər törədənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtə­lif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multi­kul­tu­­ralizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunmuş və dini amillərdən yararlanaraq radikal­lı­ğa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstər­mə­sinin zəruriliyi vurğu­lanmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80