11.09.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2017-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məq­sədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiya­ya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir. 

Ay ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılmış, onların  26  nəfəri  Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 5 nəfəri Rusiya, 3 nəfəri İran İslam Respublikası,  2 nəfəri Tacikistan, 2 nəfəri Bolqarıstan, 1 nəfəri  Gürcüstan vətən­daşları ol­muşlar.

Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycan Res­publikası hüquq-mühafizə orqanları tərəfindən axta­rışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kq 139,7 qram narkotik maddə aşkar edilərək götürül­müşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 231 min 509 manat  olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 170 ABŞ dolları, 20 750 Rusiya rublu, 35 000 ədəd zəli, 3 ədəd qayıq, 890 qutu pirotexniki vasitə,  22 270 qutu siqaret, 14 ədəd mobil telefon, 380 ədəd müxtəlif növ dərman prepa­ratları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa­mətində tədbirlər davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi