+
-
16.08.2017
16.08.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir.

11.07.2017-ci il tarixdə saat 16:00 radələrində, «Şəmkir» sərhəd dəstəsinin «Keşikçidağ»  sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş halda istifadəyə yararlı olan 1 ədəd «Naqan» tipli tapanca, 2 ədəd siqnal tapancası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw