+
-
19.07.2017
19.07.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son  günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçi­lərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bildirir ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resursların­da bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.                 

Dövlət Sərhəd Xidmətinin Mətbuat  Mərkəzi

f tw