04.07.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycanda mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətin təbliğ edilməsinə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə çoxsaylı beynəlxalq mədəni tədbirlərin, musiqi festivallarının yüksək səviyyədə təşkil edilməsi və keçirilməsinə xüsusi diqqət yetirməsinin daima şahidi oluruq.

Şəki şəhərində keçirilən və artıq ənənə halını almış “İpək Yolu” VIII Bey­nəlxalq Musiqi Festivalı musiqi aləmində yüksək dəyərləndirilən tədbirlərdən biridir. Xarici ölkələrin böyük musiqi kollektivlərinin iştirak etdiyi musiqi festivalı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyun ayının 27-dən iyulun 1-dək Şəki şəhərində keçirilmişdir. Yaponiya, Polşa, Macarıstan, İran İslam Respublikası, Türkiyə, Gürcüstanın musiqi və rəqs kollektivlərinin iştirakı ilə keçirilən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festiva­lında ilk dəfə olaraq hərbi kollektiv kimi Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri də iştirak etmişdir.

Festivalda geniş konsert proqramı ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri  tərəfindən Azərbaycan bəstəkarlarının klassik əsərləri və xarici estrada musiqiləri səsləndirilmişdir. Orkestrin ifasında xüsusilə “Ko­roğlu” operasından uvertüra və “Sərhədçilər” mahnısı tamaşaçıların və xarici qonaqların böyük marağına səbəb olmuş, musiqişünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80