28.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqa­mətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında xüsusi yer  tutan və artıq ənənəyə çevrilmiş «Sərhəd» hərbi-idman oyunları Dövlət Sərhəd Xidməti Rəisinin, Təhsil Nazirinin, Gənclər və İdman Nazi­rinin birgə qə­­rarı əsasında keçirilir və gənc nəslin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılan­ma­sında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə həsr olunmuş, üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 27 sərhədyanı rayonun 141 mək­təbinin 705 şagirdi iştirak etmişdir. İlk iki mərhələnin yekunlarına görə 8 komanda – Naxçıvan MR Naxçıvan şəhər 2 №-li tam orta məktəbinin “Şimşək”,   Beyləqan rayonu Araz qəsəbəsi 1 №-li tam orta məktəbinin “Araz”, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin”, Astara rayonu Şiyəkəran kənd 2 №-li tam orta məktəbinin “Şimşək”, Xaçmaz rayonu Xudat şəhəri 3 №-li tam orta məktəbinin “Xudat”, Qəbələ rayonu Abrıx kənd tam orta məktəbinin “Abrıx”, Zaqatala rayonu Danaçı kənd tam orta məktəbinin “Alazan”, Ağstafa rayonu Sadıxlı tam orta məktəbinin “Zirvə” komandaları  finala vəsiqə qazanmışlar.

Oyunların final mərhələsi iyun ayının 19-dan 24-dək Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçiril­mişdir. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan vermişdir.

Final mərhələsində komandalar “Sıra hazırlığı”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülməsi və yığılması”, “Sərhəd pozu­cu­sunun yaxalanması və təxliyəsi”, “Tüfəngdən hə­də­fə atəş açmaq”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi” və “Ləpirçilik” mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər.

Hərbi-idman oyu­nunun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş, bir sıra maraqlı eks­kursiyalara aparılmış, çoxsaylı mədəni-kütləvi tədbir­lərə, bilik və idman yarışlarına qatılmışlar. 

Final mərhələsinin yekunlarına görə Naxçıvan şəhər 2 №-li tam orta məktəbinin “Şimşək” komandası birinci, Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Beyləqan rayonu Araz qəsəbəsi 1 №-li tam orta məktəbinin “Araz” komandası isə üçüncü yeri tutmuşlar.

İyun ayının 24-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazi­rliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək “Sərhəd” hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulamışlar.

Tədbirdə qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlan­dırılmış­lar.  

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80