+
-
07.12.2012
07.12.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

2012-ci ilin noyabr ayı ərzində Dövlət Sərhəd Xidməti tərəfindən:

- dövlət sərhədini pozduqları üçün 29 halda 47 nəfər saxlanılmış, onlardan 21 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Nigeriya, 7 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Özbəkistan, 2 nəfəri Əfqanıstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana və 1 nəfəri İsrail vətəndaşı olmuşlar.

- müxtəlif cinayət əməllərini törətdiklərinə görə barələrində hüquq-mühafizə orqanları tərəfindən axtarış elan olunmuş 177 nəfər saxlanılmış və aidiyyəti orqanlara təhvil verilmişdir.

- sərhəd rejim qaydalarını pozarkən 7 halda 18 nəfər, sərhəd sularında rejim qaydalarını pozarkən 18 halda 31 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Ay ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 1,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. O cümlədən:

- noyabr ayının 12-də Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Masallı rayon sakini Abışov Mircəfər Abış oğlu dövlət sərhədindən qanunsuz olaraq külli miqdarda narkotik maddə keçirərkən saxlanılmış, üzərinə baxış zamanı 2 ədəd torbada 1 kiloqram heroin,1 kiloqram tiryək, 8 kiloqram həşiş aşkarlanaraq götürülmüşdür. Aparılmış istintaq-axtarış tədbirləri nəticəsində M.Abışo-vun narkotik maddələri təhvil verəcəyi şəxs – Bakı şəhər sakini Dadaşov İlqar Xanhüseyn oğlu saxlanılmışdır.

- noyabr ayının 22-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qanunsuz olaraq keçərkən saxlanılmış Cəlilabad rayonunun Kövüzbulaq kənd sakini Ağayev Kənan Namiq oğlunun üzərinə baxış zamanı 1 ədəd bağlamada 0,5 kiloqram heroin aşkar olunmuşdur.

- noyabr ayının 29-da saat 00:20 radələrində Cəlilabad rayonunun Əsədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucuları odlu silahdan atəş açmaqla silahlı müqavimət göstərmiş, sərhədçilər tərəfindən silah tətbiq olunmuşdur. Nəticədə 2 nəfər Cəlilabad rayon sakini - Əliyev Ramin Dövlət oğlu və Sərxənov Anar Eldar oğlu saxlanılmışlar. Onlardan bir ədəd 12 mm-lik qoşalüləli ov tüfəngi və 1071 qram heroin aşkar olunmuşdur.

- gömrük əməkdaşları ilə birgə noyabr ayının 1-də “Bləsuvar” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini Aslan Məmməd oğlunun bədəninin daxili orqanlarında 168 qram tiryək, noyabr ayının 5-də Lənkəran şəhər sakini Talıblı Nahid Babaəli oğlunun alt paltarında 123 qram heroin, noyabr ayının 23-də “Astara”sərhəd nəzarəti məntəqəsində İİR vətəndaşları Pəzvizi Alborz və Heydari Fəxr Musanın idarə etdikləri “Skaniya” markalı İR-47453 nömrəli avtomaşında 8 ədəd bağlamada ümumi çəkii 816 qram heroin aşkar olunmuşdur.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 174 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd AK-74 markalı avtomat, 4 ədəd tüfəng, 140 ədəd tüfəng patronu, 11 ədəd tüfəng iynəsi, 4 ədəd pnevmatik tapança, 2 ədəd səsboğucu, 10 ədəd plastik nişangah, 7 ədəd metal nişangah, 39 ədəd zümrüd daş-qaş, 2382 ədəd qızıl və gümüş zinət əşyaları, 1 ədəd 470 qramlıq gümüş kəmər, 195 ədəd mobil telefon, 8 baş iribuynuzlu mal-qara, 1 baş at, müxtəlif növ dərman preparatları, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw