+
-
13.06.2017
13.06.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən "The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestri Bakıya səfərə gəlmişdir. Səfər çərçivəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iyun ayının 13-də “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilə birgə Fəvvarələr Meydanında konsert proqramı təşkil olunmuşdur.  

Konsertdə Azərbaycan bəstəkarlarının klassik əsərləri, xarici estrada və caz  musiqiləri səsləndirilmişdir. Konsert proqramı, xüsusilə “The Salamanca Band and Bugles of The Rifles” orkestrinin ifasında “Sarı gəlin” mahnısı şəhər sakinləri və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw