30.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə may ayının 26-da Qax rayonunda “Tarixin canlı səhifələri” V Gənclər Festivalı keçirilmişdir.

Festivalda Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Dövlət Sərhəd Xidmətinin rəsmiləri, Milli Məclisin deputatları, gənclər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

“Tarixin canlı səhifələri” festivalı üçün müvafiq rekonstruksiya formatında xüsusi hazırlanmış Azərbaycanın müxtəlif dövrlərini canlandırılan kütləvi tamaşada Dövlət Sərhəd  Xidmətinin hərbi qulluqçuları və süvarilər qrupu da öz bacarıqlarını məharətlə nümayiş etdirmişlər.

Tamaşada Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, apardığı müdrik daxili və xarici siyasət, Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük uğurlar tarixi video görüntülərlə iştirakçılara təqdim olunmuşdur. Azər­baycan bəstəkarlarının simfonik muğamları, tarixi filmlərin musiqiləri əsasında işlənən video görüntülər, xüsusi işıqlandırma effektləri ilə müşaiyət olunan və çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla izlənən tamaşa  Azərbay­canının şanlı dövlətçilik tarixinin təbliğ edilməsi və gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından çox əhəmiyyətli olmuşdur. 

Festival Azərbaycanın dövlət himninin səsləndirilməsi və atəşfəşanlıqla başa çatmışdır.

  

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80