26.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 80 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

57 ilini Vətənimizin təhlükəsizliyinin təmin olunmasına, müqəddəs sərhəd­lə­rimizin mühafizəsinə sərf edən general-mayor Abbasəli Novruzov mənalı ömür yaşamış, SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksələrək, Göytəpə Sərhəd Dəstəsində zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinə qədər şərəfli xidmət yolu keçmişdir. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultmuşdur.

1994-cü il aprelin 8-də Ulu Öndər Heydər Əliyev Abbasəli Novruzovu yenidən xidmətə qaytararaq müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının Ko­mandanı vəzifəsinə təyin etmişdir. Dahi öndərin Ali Baş Komandanlığı altında general-mayor Abbasəli Novruzov dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması sahəsində ciddi xidmətlər göstərmişdir.

Abbasəli Novruzov Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və SSRİ “Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı" adına layiq görülmüş, dövlət çevrilişi cəhdlərinin, xarici dövlətlərin pozuculuq fəaliyyətlərinin qarşısının alınmasında və sərhədlərin mühafizəsində öz xidməti borcunu şərəflə yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək Abbasəli Novruzovun ömrünü dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmi­natına həsr etdiyini, sərhədlərimizin etibarlı mühafizəsinin təşkili sahəsində uğurla fəaliyyət göstərdiyini bildirərək yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən əsl vətənpərvər, böyük sərhədçi nəslinə örnək və nümunə olduğunu qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə general-mayor Abbasəli Novruzovun Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunması xəbərini tədbir iştirakçılarına çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu münasi­bətlə general-mayor Abbasəli Novruzovu təbrik etmiş, “Şöhrət” ordenini və vəsiqəsini yubilyara təqdim edərək öz səmimi təbriklərini çatdırmışdır. 

General-mayor Abbasəli Novruzov çıxış edərək xidmətinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlığını bildirmiş, tədbirdə söylə­nilən xoş sözlərə görə təşəkkür etmişdir.

Tədbirdən sonra general-mayor Abbasəli Novruzov Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olmuş Heydər Əliyev şəxsiyyətinin uca xatirəsinə öz dərin hörmət və ehtiramını bildirmişdir.

 

                                                      Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80