09.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığını yüksək səviyyədə təmin etməklə yanaşı ölkəmizdə sərhəd mühafizə in­frastruk­turunun təkmilləşdirilməsi, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir.

Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yeni inşa edilmiş inzibati binası bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlərin növbəti nəticələrindən biridir. May ayının 9-da Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin yaradılmasının 25 illiyi və yeni inşa edilmiş inzibati binanın açılışı münasibətilə təntənəli tədbir keçirilmişdir.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Dahi Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş xidməti nailiyyətləri qeyd etmiş, Ali Baş Komandanın etimadı ilə fəxr edən Azərbaycan sərhədçıləri üçün dövlətçiliyimizin və sərhəd­lərimizin keşiyində durmağın böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirmişdir.

Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında sərhəd nəza­rəti dəstəsinin fəaliyyətə başladığı gündən Respublikamızın əsas giriş-çıxış qa­pı­larında Dövlət Sərhədindən keçən şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə etibarlı sərhəd nəzarətini həyata keçirdiyini, müstəqilliyimizin ilk illərində əzm­kar­lıq və iradə nümayiş etdirdiyini, böyük inkişaf yolu keçərək formalaşdığını vurğulamışlar.

Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və digər qonaqlar tərəfindən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, sonra inzibati binaya baxış keçirilmişdir.

Ümumi ərazisi 0,6 hektar olan dörd mərtəbəli qərargah binasında xidməti və xüsusi təyinatlı otaqlar, müxtəlif yığıncaqların keçirilməsi və tədbirlərin təşkil olunması üçün konfrans zalı, təlim mərkəzi inşa olunmuşdur. Qərargah bina­sında xidmətin yüksək standartlara və günün tələblərinə uyğun şəkildə təşkil olunması üçün zəruri şərait yaradılmış, lazımi avadanlıqlar və vasitələrlə təmin olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80