+
-
08.05.2017
08.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

6 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsinə təsadüf edən mərasimdə Dövlət Sərhəd Xid­mə­tinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının for­ma­laşdırılması sahəsində Ulu Öndərin müstəsna xidmətlərinin  olduğu qeyd olunmuş, xatirəsi böyük fəxr və qürur hissi ilə yad edilmişdir.

Tədbirdə çıxış edənlər Azərbayсan Respubli­kası­nın Prezidenti, Silahlı Qüv­vələrin  Ali Baş Komandanı сənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf mərhələsində olduğunu, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artdığını qeyd etmişlər. Dövlətçilik ənənələrinə daim sadiq olan, sərhəd­lərimizin keşiyində qürurla dayanan Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infra­struk­­turunun təkmil­ləş­dirilməsi, ardı­сıl həyata keçirilən islahatlar sa­yə­sində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan mütəşəkkil bir quruma çevrildiyi xüsusi vurğulanmışdır. 

Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək özünün keçdiyi şərəfli xidmət yolundan danışmış, gənc əsgərləri təbrik etmiş, hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əmin olduğunu qeyd etmişdir

Mərasimdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırmışlar.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw