+
-
04.05.2017
04.05.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 3-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsi çərçivəsində  “Heydər Əliyev və Azərbaycan sərhəd müha­fizəsi” mövzusunda el­mi-praktik se­minar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov seminarın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edil­diyini, bu cür tədbirlərin Heydər Əliyev irsinin, Ümummilli Li­derin Azərbaycanın bütün sahələrdə inkişafındakı rolunun öyrə­nilməsi, gənc nəslin vətən­pərvərlik ruhunda tərbiyəsi baxı­mından əhə­miyyətli olmasını qeyd etmişdir.

Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Ko­mandanı general-polkovnik Elçin Quliyev Azərbaycan sərhəd mühafizəsinin yaran­ması, formalaşması və müasir səviyyəyə yüksəlməsinin bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstəqillik illərində əldə olunmuş nailiy­yətlərin əsasının Heydər Əliyev tərəfindən qoyulmasını qeyd etmişdir.         

Seminar iştirakçılarına Azərbaycan Sər­həd Mühafizəsinin inkişafına Ulu  Öndər Heydər Əliyev tərəfindən göstə­rilmiş ali diqqət və qayğı haqqında ətraflı məlumat verilmiş, in­teraktiv təqdimat formasında Ulu Öndərin sər­həd­çilərlə görüş­ləri zamanı sərhəd təhlükəsizliyinin gücləndirilməsinə dair tapşırıq və tövsiyələri nümayiş etdirilmişdir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən Dövlət Sərhəd Xid­mə­tinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının for­ma­laşdırılması sayəsində Azərbaycan sərhədçilərinin xidməti fəa­liyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması qeyd olunmuşdur.

Azərbaycan Res­publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə 32 dəfə səfər et­məsi, bu rəqəmin təkcə region dövlətləri üçün de­yil, bütün dün­ya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərə­fin­dən göstərilən ali diqqət və qayğının göstəricisi, Dövlət Sər­həd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymət olması xüsusi qeyd olunmuş, həmin səfərlər barədə interaktiv təqdimat nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin sərhəd mühafizəsi sahəsində islahatlara ali dəstəyi sayə­sində Dövlət Sərhəd  Xidmətinin 14 hərbi hissə kompleksinin, 658 xidməti binanın inşa edilməsi, 130 min 191 nəfər sərhəd və re­jim pozucusunun, 24 min 259 nəfər axta­rışda olan şəxsin saxla­nılması, təxmini dəyəri 106 milyon manat olan qaçaq­malın, 4 ton narkotik vasitələrin dövlət sər­hədindən keçirilməsinin qarşısı alınması, 385 ton narkotik mənşəli bitki kolunun aşkar olunması, xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 90 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çər­çivəsində 81 şəxsin saxlanılması, qanunsuz miqrasiya, qaçaq­malçılıq, o cüm­lədən nar­kotik qaçaqmalçılığı ilə məşğul olan 123 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə seminar iştirakçılarına məlumat verilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw