07.11.2012-Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

 

05-07 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin dəvəti ilə İsveçrə Sərhəd Mühafizəsi rəisi briqada generalı Yurq Notun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilmişdir.

Görüşdə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçirilən islahtlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilmiş, qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, qeyri-leqal miqrasiya, narkotik maddələrin qaçaqmalçılığı, transsərhəd cinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilmişdir.

  • 80
  • 80
  • 80
  • 80
  • 80