26.04.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.

14.04.2017-ci il tarixdə dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılmışdır. Q.A.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülmüşdür.  

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi