13.04.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamə­tin­də tədbirlər davam etdiril­məkdədir.

12.04.2017-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd  zastavasının xidməti sahə­sində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 17.03.1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılmışdır.

13.04.2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əmək­daşlarının birgə keçirdiyi tədbirlər nəticəsində  Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İran İslam Respublika­sından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası  vətəndaşı  21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılmışdır.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

                                             Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi