07.03.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər həyata keçirilmişdir.

Martın 7-də Dövlət Sərhəd Xidmətinin Aparatında bayram münasibətilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin qadınların cəmiyyətimizdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, azərbaycanlı ailələrin xoşbəxtliyinə göstərdiyi diqqət və qayğıdan, bu gün həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, qadınlarımızın müstəqil Azərbaycan dövlətinin inkişafında xüsüsi xidmətlərinə önəm verməsindən ətraflı danışılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsinin qadınlara verilən yüksək qiymətin təzahürü və cəmiyyətin mənafeyini özündə əks etdirən tarixi qərar olduğu xüsusi vurğulanmışdır.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev sərhədçi qadınları təbrik etmiş, оnlara хidmətdə və şəхsi həyatlarında uğurlar arzulamış, xidmətdə fərqlənənlərə mükafatlar təqdim etmişdir.

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi