25.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Hərbi qulluqçuların Azərbaycan Respublikası Hərbi Prokurorluğunda fəaliyyət göstərən Sоyqırım Muzеyinə və Azərbaycan İstiqlal Muzeyinə ekskur­siyaları təşkil olunur, dəhşətli faciənin erməni şovinist millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu barədə şəxsi heyətə ətraflı məlumatlar verilir.

25 fevral 2017-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında keçirilən tədbirdə şəxsi heyət əvvəlcə Xocalı faciəsinə həsr edilmiş sərginin materialları ilə tanış olmuşdur. Tədbirin rəsmi hissəsi Xocalıda qətlə yetirilmiş soydaş­larımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov və AMEA-nın Tarix institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov çıxış edərək dinc əhaliyə qarşı törədilmiş soyqırım barədə ətraflı məlumat vermiş, faciənin səbəb və nəticələri haqqında danışmışlar.  

Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsi, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüsün Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi xüsusi olaraq vurğulanmışdır. Soyqırım hadisəsinin dünya ictimaiy­yətinə çatdırılması istiqamətində Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verdiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyi bildirilmişdir.  

Tədbirdə ölkə rəhbərliyinin bu sahədəki ardıcıl və uğurlu fəaliyyəti nəticə­sində Xocalı soyqırımının bütün beynəlxalq təşkılatlar və dünya dövlətləri tərəfindən tanınacağına, mənfur erməni xislətinin ifşa olunacağına qəti əminlik ifadə edilmişdir.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.

 

                          Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80