09.02.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

07.02.2017-ci il tarixdə saat 21:00 radələrində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində İrandan Azərbaycana keçərkən İran İslam Respublikası vətəndaşı Cəmşidi Ənvər Mikayıl oğlu sərhəd pozucusu qismində saxlanılmışdır. Şəxsin üzərinə baxış zamanı 850 qram marixuana aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                             

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

  • 80
  • 80
  • 80