25.01.2017- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə və qaçaqmalçılığa qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər.

23.01.2017-ci il tarixdə saat 05:10 radələrində daxil olmuş məlu­ma­­t əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Təzəkənd  kəndi ərazisində Dövlət Sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmiş küllü miqdarda narkotik vasitəni gizlədilmiş yerdən götürərək  avtomobillə hadisə yerindən qaçmağa cəhd göstərən Ağdam rayon sakini Vəliyev Tapdıq Aydın oğlu və Laçın rayon sakini Nəbiyev Sənan Surxay oğlu  sərhəd naryadı tərəfindən təqib olunaraq saxlanılmışlar.

Avtomobilə baxış zamanı bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 2 kq tiryək və 1 kq heroin aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                             

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi

  • 80
  • 80