22.12.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi, sərhədçi peşəsinə rəğbətin artırılması məqsədilə müx­­təlif tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidmətinin Təhsil Nazirliyi ilə birgə tədbirlər planına uyğun olaraq növbəti belə tədbir 21 dekabr 2016-cı il tarixdə  Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon orta məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olmuşlar.

Ulu Öndər Heydər Əliyevin əsasını qоyduğu milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi sayəsində əldə edilmiş yüksək nailiyyətlər, Vətən sərhəd­lə­rinin mühafizəsinə göstərilən dövlət qayğı­sı, Akademiyanın yaranma tariхi və inkişafı, yüksək iхtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması istiqamətində qazanılmış müsbət nəticələr barədə məktəblilərə ətraflı məlumat verilmişdir.

Şagirdlər Akademiyada yaradılmış şəraitlə və təlim-tədris prоsesi ilə yaхından tanış оlmuş, kursantlarla söhbət etmişlər.

Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80