+
-
10.12.2016
10.12.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 9-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən  millət vəkili Aydın Mirzəzadə, akademiyanın rəisi general-mayor Elşən Verdiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açmış, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışmışlar.   

Dahi Öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın Sərhəd Mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri, milli hərbçi kadrların, xüsusən də sərhədçi zabitlərin hazırlanmasına göstərdiyi diqqət və qayğı min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu Öndərin müəyyən­ləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçi kadrların yetişdirilməsinə böyük qayğı göstərərək imzaladığı tarixi sərəncamla  yaradılan Dövlət Sərhəd Xidməti Akademiyasının qısa müddət ərzində ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrildiyi, ölkəmizdə xüsusi ixtisaslı ali təhsilli sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması sahəsində yüksək nəticələr əldə etdiyi  iftixar hissi ilə vurğulanmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silаhlı Qüvvələrinin Аli Bаş Komаndаnı cənаb İlhаm Əliyevin rəhbərliyi ilə istər dахili, istərsə də хаrici siyаsət sahəsində əldə edilən uğurların Ulu Öndərin zəkаsının təcəssümü, əmаnət qoyub getdiyi ideyаlаrının təntənəsi olduğu minnətdarlıq hissi ilə qeyd edilmişdir.

Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

           

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw