26 noyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Lənkəran, Zaqatala, Şəmkir sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimlərdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılmışdır.
Mərasimlərdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilmişdir. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliklərini bildirmiş, onlara müvəffəqiyyətlər arzulamışlar.
Validеynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik еdərək vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.
Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi