+
-
13.10.2016
13.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilməkdədir.

11.10.2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Beyləqan rayonun 2-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş Türkiyə Respublikası vətəndaşı 17.04.1985-ci il təvəllüdlü Kisalar Bağış Bayram oğlu saxlanılmışdır. Şəxsin üzərindən 97 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları, 12 ədəd psixotrop həb, 1 ədəd noutbuk, 3 ədəd mobil telefon, saxta olması ehtimal edilən 5000 (beş min) rus rublu, iki ədəd pasport və müxtəlif bank kartları aşkar olunaraq götürülmüşdür.

Araşdırma zamanı məlum olmuşdur ki, B.Kisalar 2012-ci ildə rəsmi qaydada AR-ə gəlmiş və ölkə ərazisində yaşama qaydalarını pozduğuna görə, 09.01.2016-cı il tarixdən AR DMX tərəfindən ölkəyə girişinə məhdudiyyət qoyulmuşdur.

B.Kisalar 09.10.2016-cı il tarixdə rəsmi qaydada Türkiyə Respublikasından İran İslam Respubilkasına gəlmiş və bir gün sonra yerli bələdçilərin köməkliyi ilə İİR-dən AR-ə ötürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

        Dövlər Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw