11.10.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində 10 oktyabr 2016-cı il tarixində sərhəd buraxılış mən­təqəsindən Gürcüstan - Azərbaycan Res­pub­lika­sı istiqamətində hərə­kət edən AR vətəndaşı 27.07.1977-ci il təvəllüdlü Məmmədov Azər Tofiq oğ­lu­nun idarə etdiyi “Ford Tranzit” markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəq­liyyat vasitəsinin qeydiyyat şəhadət­na­mə­sin­də olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aş­kar­la­naraq AR ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alın­mışdır. Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi