23.09.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy­yəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliy­yətlərini uğurla davam etdirirlər. Sərhədçilərimizin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır.

18 sentyabr 2016-cı il tarixdə saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində qabaq­layıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq 800 qram narkotik maddə olan tiryəki İrandan Azərbaycana gətirmək istəyərkən İran İslam Respublikasının vətəndaşı Hidayi Səid Səxavət yaxalanmışdır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əla­qə­sin­də olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik mad­dəni ondan qəbul edərkən saxla­nıl­mışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80