+
-
01.08.2016
01.08.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

31 iyul 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Lənkəran və Göytəpə şəhərlərində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilmişdir.

Gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.

Tədbirlərdə çıxış edənlər yaradıcısı müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev olan və 14-cü ildönümü qeyd edilən Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibəti ilə gənc əsgərləri və onların valideyinlərini təbrik etmişlər.  

Milli sərhəd strateqiyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizın sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhəd­lərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çixışlarda xüsusi qeyd edilmişdir.

Gənc əsgərlərin valideyinləri yaradıl­mış şəraitə görə əlkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw