20.07.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sərhəd zastavasının bazasında məktəblilərin “Sərhədçi” yay düşərgəsi yekunlaşmışdır.

Dövlət Sərhəd Xidməti tərəfindən gənclərin hərbi-vətənpərvərlik ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın аrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər görülür. Bu baxımdan sərhədlərimizin mühafizə olunmasının əhəmiy­yətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi pеşəsinə hörmət ruhundа tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətində yeni layihə həyata keçirilmişdır. Belə ki, 13 iyul 2016-cı il tarixində Bakı şəhəri Nəsimi rayonu orta məktəblərinin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunmuşdur.

Yay düşərgəsində avtomat silahının sökülməsi və yığılması, xidməti itlərin iştirakı ilə itaət komandalarının yerinə yetirilməsi, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər keçirilmişdir.

Plana əsasən məktəblilər arasında pnevmatik silahdan atıcılıq, mini futbol, şahmat, dama və stolüstü tennis yarışları keçirilmiş, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə musiqili-əyləncəli proqram, düşərgənin yaxınlığındakı şəlaləyə, Qəbələ rayonunun tarixi, gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunmuş, Azərbaycan kinofilmlərinin nümayişi həyata keçirilmişdir.

İyul ayının 19-da “Sərhədçi” yay düşərgəsinin yekunu ilə əlaqədar təntənəli tədbir keçirilmişdir. Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini gеnеral-leytenant Azad Ələkbərоv və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yarışlarda qalib gəlmiş məktəbliləri qiymətli hədiyyələrlə mükafatlan­dırmış və belə tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rоl оynadığını vurğulamışlar. Yekunda “Sərhədçi” vokal-instrumental ansamblı məktəblilər qarşısında konsert proqramı ilə çıxış etmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80