14.07.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sərhəd zastavasının bazasında məktəblilərin “Sərhədçi” yay düşərgəsi təşkil olunmuşdur.

 

Dövlət Sərhəd Xidməti gənclərin Vətənə məhəbbət, оnun sərhədlərinə hörmət ruhundа tərbiyə olunması, sərhədçi pеşəsinə mаrаğın daha da аrtırılması məqsədi ilə müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir. Özünəməxsus xüsusiyyətləri ilə seçilən, keçirilmə qaydaları və metodları ilə fərqlənən "Sərhəd" hərbi-idman oyunları, məktəbli gənclər arasında ölkəmizin sərhəd mühafizəsinə həsr olunmuş inşa yazı və bədii yaradıcılıq müsabiqələri, Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissə və bölmələrinə ekskursiyalar zamanı gənclərə sərhədlərimizin mühafizəsi işinin təşkili, sərhədçi pеşəsinin xüsusiyyətləri bаrədə ətraflı məlumаtlаr vеrilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında, Xüsusi məktə­bində təhsil almaq və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlərin sayı ildən-ilə artır.

Sərhədlərimizin mühafizə olunmasının əhəmiy­yətinin daha dərindən dərk edilməsi, məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi pеşəsinə hörmət ruhundа tərbiyə olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətində yeni layihənin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, Bakı şəhərinin Nəsimi rayonundakı orta məktəblərin 7-10-cu sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunmuşdur.  

İyul ayının 13-də məktəblilər Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmış, qeyd edilmişdir ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət  şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda  sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.

Açılış mərasimində bildirilmişdir ki, məktəblilərin mənalı isti­rahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçi­riləcək, Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayo­nunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaqdır.

 Meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, AK-74 və RPK-74 silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şagirdlərin istirahətini daha maraqlı və səmərəli edəcəkdir.  

Açılış mərasiminin sonunda hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və “Sərhədçi” vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80