İyul ayının 21-də saat 10:00-da Xudat Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərinin qəbulu keçiriləcəkdir.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları iyul ayının 18-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Xudat Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi