+
-
23.06.2016
23.06.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İyun ayının 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kakosa oxşar narkotik maddələr aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw