14.05.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsi və sərhəd mühafizə infra­strukturunun təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət və qayğısı sayəsində dina­mik inkişaf edən Dövlət Sərhəd Xidməti xarici dövlət­lə­rin aidiyyəti sərhəd mühafizə qurumları, nü­fuz­lu beynəlxalq təşkilatlarla fay­da­lı qarşılıqlı əlaqələr yaratmışdır və bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etmək­də­dir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidməti tərəfindən Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. 

Aİ, BMTİP və Dövlət Sərhəd Xidməti  tərəfindən 2014-cü ilin noyabr ayından etibarən birgə icra olunan “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində fəaliyyətlər ardıcıl olaraq davam edir.

4 komponentdən ibarət olan layihənin məqsədləri sərhədlərin idarə olunması sahəsində müasir infrastrukturun yaradılması, əməkdaşlığın gücləndi­rilməsi, strateji idarəetmə potensialının inkişaf etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd məntə­qələrinə və əlaqədar bölmələrə texniki dəstəyin göstərilməsidir.  

Layihə çərçivəsində Avstriya, Latviya, Sloveniya və Polşa sərhəd xidmətləri, Rumıniyanın Daxili İşlər Nazirliyi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ekspertlərinin iştirakı ilə qurumdaxili, qurumlararası və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təlim-tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması üzrə treninqlər təşkil olunmuş, normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən layihə üzrə ötən müddət ərzində Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda keçirilən 12 tədbirə Dövlət Sərhəd Xidmətinin 65 əməkdaşı cəlb edilmişdir.

14 may 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində  təqdim olunmuş texniki vasi­tələrin rəsmi qəbulu mərasimi keçirilmişdir. Tədbir zamanı Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün yüksək keçid qabiliyyətlərinə malik olan avtomobillər və kvadrosikllər, yük maşınları, habelə infromasiya texnologiyaları ava­danlığı və digər xüsusi texniki vasitələr təqdim edilmişdir. Bu avadanlıqlar layihənin əhatə etdiyi sərhəd bölgəsi üzrə təhlükəsizliyin təmin olunmasına və transsərhəd cinayətkarlığı ilə mübarizəyə əhəmiyyətli töhfə verəcəkdir.   

Mərasimdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai və Aİ-nin Bakı Ofisinin nümayəndəsi Migel Qomez Maqro  iştirak etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80