06.05.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

May ayının 19-da saat 11:00-da Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinlərinin qəbulu keçiriləcəkdir.

Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları may ayının 17-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Şəmkir Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi