30.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

29 mart 2016-cı il tarixdə aznews.az xəbər saytına istinadla bəzi elektron informasiya vasitələrində Dövlət Sərhəd Xidmətində aparıl­mış yoxlamalar nəticəsində ciddi qanun­suzluqların aşkar edilməsi və bu səbəbdən bir neçə yüksək vəzifəli əməkdaşın cəzalandırılması barədə yayılmış məlumatların heç bir əsası yoxdur və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi həmin informasiya vasitələrinin söz azadlığından sui-istifadə edərək yalan məlumatlar yaymasını qətiyyətlə pisləyir və belə əməl­lərdən çəkinməyə çağırır.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi