01.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriy­yəsinə qarşı fəaliy­yətlərini uğurla davam etdirirlər.

Fevral ayının 25-də 21:45 radələrində Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhədçilərin sayıqlığı sayəsində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən iki nəfər sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olmuşlar.

Sərhəd pozucularının hərəkət marşurutuna baxış keçirilərkən ərazidə külli miqdarda narkotik maddə olan 4 kq 400 qram kakos və 2 kq tiryək aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80