+
-
12.02.2016
12.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keç­məyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər.

09 fevral 2016-cı il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkə­mizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta  saxta elektron viza təqdim etdikləri üçün saxlanılmışlar. Müvafiq araşdırma aparıldıqdan sonra 10 fevral 2016-cı il tarixdə “Bakı-İstanbul” reysi ilə geri qaytarılmışlar.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw