+
-
10.02.2016
10.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı

general-polkovnik Elçin Quliyev Qusar rayonunda ictimaiyyət

nümayəndələri ilə görüşmüşdür.

 

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev  fevralın 9-da Qusar rayon ictimaiyyətinin nümayəndələri və yerli iş adamları ilə görüşmüşdür.

Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülmüş, xatirəsi ehtiramla anılmışdır.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrasdakı dərin məzmunlu nitqindən irəli gələn vəzifələr, qazanılmış uğurlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inki­şa­fına göstərdiyi diqqət və qayğı nəticəsində Qusarda bütün sahələrdə sürətli inkişafa nail olunduğunu, geniş quruculuq işləri aparıldığını, infrastruktur layihələrinin uğur­la həyata keçirildiyini, çoxsaylı yeni iş yerlərinin açıldığını, əhalinin həyat tərzinin xeyli yaxşılaşdığını bildirmişdir.

Rayonun inkişaf potensialının gerçəkləşdirilməsi, yerli əhalinin ehti­yac­la­rı­nın müəyyənləşdirilməsi üzrə təşəbbüslərin, bu istiqamətdə gələcək fəaliy­yətin əsas istiqamətlərinin geniş şəkildə müzakirə edildiyi tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev çıxış edərək keçən əsrin sonlarında ölkəmizin ictimai-siyasi həyatında baş vermiş proseslərə qısa nəzər salmış, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini dərin minnətdarlıq hissi ilə xatırlamışdır.

Respublikamızın sosial-iqtisadi inkişafı, dövlətimizin beynəlxalq nüfuzunun artması, xalqımızın həyat səviyyəsinin yüksəlməsi hər bir Azərbaycan vətəndaşının nikbinlik hissini, qurub-yaratmaq əzmini xeyli artırmışdır. Azərbaycan Respub­lika­sı­nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik və düşünülmüş sosial-iqtisadi siyasət, qarşıda duran strateji hədəflərin düzgün müəy­yən­ləşdirilməsi dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhran şəraitində belə, ölkəmizin davamlı və dinamik inkişafını təmin etmişdir.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra­sı­nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə Azərbaycanda yeni iqtisadi və siyasi çağırışlara adekvat olan islahatlar silsiləsini davam etdirmək, idarəetmə sistemini təkmilləşdirmək, biznes mühitini yaxşılaş­dır­maq, makroiqtisadi sabitliyi təmin etmək, milli iqtisadiyyatı neftsiz şəraitə uyğunlaşdırmaq əzmini ortaya qoymuşdur.

Müharibə şəraitində yaşayan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan respublikamızda bütün sahələrdə böyük tərəqqiyə nail olunmuş, cənab Prezidentin diqqəti sayəsində son illər regionlar, o cümlədən Qusar rayonu da öz simasını əsaslı şəkildə dəyişmişdir. Son illər ərzində Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin, “Qusar-1”su elektrik stansiyasının, Heydər Əliyev mər­kə­zinin və dövlət bayrağı meyda­nının, olimpiya idman kompleksinin, şahmat mərkə­zinin, mərkəzi rayon xəstəxanasının, “Samur” və “Şirvanovka” dövlət sərhədindən buraxılış məntəqələrinin, 43 orta məktəb binasının inşa olunması, kəndlərin qazlaş­dırılması, avtomobil yollarının əsaslı təmiri, yeni su və rabitə xətlərinin çəkilməsi, 10 turizm və istirahət mərkəzinin yaradılması Qusarın inkişafına göstərilən diqqətin nəticələridir. Cənab Prezidentin 11 dəfə Qusar rayonuna səfərə gəlməsi, müxtəlif açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi bu rayonun inkişafına göstərilən diqqətin ən bariz ifadəsi olması qürur hissi ilə vurğulanmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının Prezidenti­ cənab İlham Əliyevin ali diqqət və qayğısı nəticəsində Azərbaycan döv­lə­ti­nin hərbi qüdrətinin durmadan artmasını, ölkəmizin müqəddəs sərhəd­lərinin toxunul­maz­lığı­nın, sərhəd təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini qazanılmış uğurla­ra zəmin yaradan əsas amillərdən olduğunu bildirmişdir. Sabitlik və əmin-amanlıq şəraitində yaşayan xalqımız, eləcə də qusarlılar cənab Prezidentin ətrafında sıx birlə­şərək müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi naminə əzmlə mübarizə aparırlar.

Açıq dialoq şəraitində keçən görüşdə təklif və müraciətlər dinlənilmiş, sosial-iqtisadi sahədə daha böyük uğurların qazanılması üçün işgüzar fikir mübadiləsi aparılmışdır. Rayon ictimaiyyətinin nümayəndələri və yerli sahib­karlar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, emal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi, əhalinin, o cümlədən gənc­lərin işlə təminatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə  kadr hazırlığı müəssisələrinin yaradılmasına dair təkliflərlə çıxış ediblər. Yerli sakinlərin kənd yollarının təmir edilməsi, əlavə torpaq sahələrinin ayrılması, yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla fasiləsiz təminatı məsələ­lərinə dair müraciətləri dinlənilib.

Çıxış edən ziyalılar, iş adamları qeyri-neft sektorunun inkişafı, dünya­dakı maliyyə-iqsadi böhranın respublikamızın vətəndaşlarının güzəranına mənfi­ təsirinin zəiflədilməsi üçün atılan addımlara, sahibkarlığın inkişafına göstə­ri­lən qayğıya, aparılan tikinti-quruculuq işlərinə, xalqımızın həyat tərzinin yaxşı­laş­dı­rılması üçün görülən məqsədyönlü tədbirlərə görə Azərbaycan Res­publikasının Pre­zidenti cənab İlham Əliyevə minnətdar­lıqlarını bildirmişlər.

 

                                     Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw