+
-
16.01.2016
16.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsəd­ləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması isti­qamətində tədbirlər uğurla davam etdirilməkdədir.

15.01.2016-cı il tarixdə saat 02:30 radələrində Yardımlı rayonu­nun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən 9 nəfər Banqladeş Xalq Respublikası və bir  nəfər Hindistan Respublikası vətəndaşları saxlanıl­mış­lar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

                                       

   Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw