+
-
14.01.2016
14.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

14 yanvar 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunmuş, qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir.

Söhbət əsnasında regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan təhdidlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi  istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw