+
-
31.12.2015
31.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Müstəqil dövlətimizin banisi Dahi Öndər Heydər Əliyevin müəy­yənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respub­likasının Prezi­denti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına, sərhəd infrastrukturunun tək­mil­ləşdirilməsinə, yeni hərbi hissələrin yaradılmasına, ən müasir texnika və vasitələrin sərhəd xidmətində tətbiqinə, şəxsi heyətin döyüş vərdiş­lərinin və peşəkarlığının daha da yüksəldilməsinə etibarlı zəmin yaratmışdır.

Dekabr ayının 30-daDövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsinə Döyüş Bayrağının təqdim edilməsi, dəstənin yeni inşa olunmuş qarnizon kompleksinin, əsaslı şəkildə yenidən qurulmuş texniki-istismar sahəsinin xidməti istifadəyə verilməsi və yeni alınmış xüsusi texnikalara baxış keçi­rilməsi məqsədilə təntənəli mərasim keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyəti hərbi hissənin yeni qarnizon kompleksinin və texniki-istismar sahələrinin xidməti istifadəyə verilməsi, Dünya Azərbay­canlı­ları­nın Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik etmiş, hərbi hissənin şərəf, şöhrət və şücaət rəmzi olan Döyüş Bayrağını təqdim etmişdir.

Tədbirdə Dahi Öndər Heydər Əliyevin göstərişinə əsasən Səngəçal hərbi aerodromunun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə verilməsi ilə Azərbaycan Sərhəd Mühafizəsi tarixində ilk dəfə aviasiya dəstəsinin yaradılması, Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvə­lə­rin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə göstərdiyi diqqət və qayğı sayəsində aviasiya dəstəsinin maddi-texniki bazasının xeyli möhkəmləndirilməsi, şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılması xüsusi qeyd edilmiş, əsaslı tikinti və təmir işlərindən sonra ən müasir tələblərə cavab verən qarnizon kompleksinin istifadəyə verilməsinin bu ali diqqətin növbəti təzahürü olduğu vurğulanmışdır.

General-polkovnik Elçin Quliyev hərbi hissənin qərargahına, kazarma binasına, əsgər yeməkxanasına, istirahət otağına və zabit yeməkxanasına baxış keçir­miş, şəxsi heyət üçün yaradılmış şəraitlə tanış olmuşdur.

Hərbi hissədə inşa edilmiş tibb məntəqəsinə baxış zamanı şəxsi heyətə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün bütün şəraitin yaradılması, məntəqənin müasir tibbi avadanlıq və vasitələrlə təmin olunması nümayiş olunmuşdur.

Yeni inşa olunmuş avtomobil parkında xüsusi təyinatlı müxtəlif avto­texnikanın təqdimatı keçirilmişdir. Sonra yeni çəkilmiş avtomobil yolu ilə helikopter anqarlarına hərəkət zamanı hərbi hissənin idman meydan­çasının, yeni yaradılmış qalxma və enmə zolaq­larının, eləcə də digər yeni tikililərin təqdimatı olmuşdur.

Aviasiya dəstəsinin texniki-istismar hissəsinin əhəmiyyətli sahəsi olan helikopter anqarları ilə tanışlıq zamanı əsas para­metrlərinə görə ən müasir tələblərə cavab verən anqarlarda xidməti yüksək texniki tələblər səviy­yəsində təşkil etmək üçün lazımi şərait yara­dılması məruzə olunmuşdur. Burada yerləşən xidmə­ti otaqlar lazımi alət, avadanlıq və texniki vasitələrlə təmin edilmişdir. Anqarlarda helikop­terlərin silah sistemlərinin və yerüstü avadanlıqlarının təqdimatı olmuşdur.

Xidməti istifadəyə verilmiş komanda-idarəetmə mərkəzin­də əsaslı yenidənqurma və təkmilləşdirmə işləri aparılmışdır. Müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz edilmiş idarəetmə mərkəzi ilə tanışlıq­dan sonra qrup tərkibində uçuşların izlənməsi və uçuş­ların idarə edilmə­sinin təqdimatı olmuşdur.

Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltiflən­dirilmişdir.

Tədbirin sonunda  Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşun­la­rının Komandanı general-polkovnik Elçin Quliyev şəxsi heyətlə birgə nahar etmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

f tw