+
-
30.12.2015
30.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin Aparatında xalqı­mızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşliyinin rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibəti ilə tədbir keçirilmişdir.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə soydaşları­mızın Vətənə və azərbaycançılıq ideyasına sədaqətini, xalqı­mı­­zın öz keçmişinə, milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən tarixi yaddaşı­mızın mühüm tərkib hissəsinə çevrilmiş bu bayramın Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da təsis olunduğu qeyd edilmişdir. Məhz Ulu Öndərin misilsiz xidmətləri sayə­sin­də milli birlik və həmrəylik ideyalarının daha dolğun məzmun kəsb edərək dövlət siyasəti səviyyəsinə yüksəlməsi və soydaşlarımızın doğma Vətənə bağlılığını möhkəmlən­dir­məsi xüsusi vurğulanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən azərbaycançılıq ideyalarının uğurla həyata keçirilməsi nəticəsində xaricdə yaşayan soydaşlarımızın mütəşəkkilliyinin artması, diaspor təşkilatlarımızın Azərbaycan həqiqət­lə­­­rinin təbliği və milli maraqlarımızın qorunması istiqamətindəki fəaliy­yə­ti­nin xüsusi əhəmiyyət kəsb etməsi qeyd olunmuşdur.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında azərbaycançılığın beşiyi olan müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərini qoru­maq­­dan şərəf və qürur duyduqlarını bildirmişlər.

Mərasimdə başa çatmaqda olan 2015-ci ilin ölkəmizin həyatında qazanılan uğurlarla, çoxsaylı əlamətdar hadisələrlə yadda qaldığı vurğu­lan­mış, qarşıdan gələn yeni ildə bu uğurların davam edəcəyinə əminlik ifadə olunmuşdur.

Tədbirin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş film nümayış etdirilmişdir.

                                                  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw