+
-
30.12.2015
30.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilmə­sinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyətinin yoxla­nıl­­ması məqsədilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitə­sinin sədri gömrük xidməti general-leytenantı Aydın Əliyev 2015-ci ilin dekabr ayının 29-da “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntə­qəsin­də olmuşlar.

General-polkovnik Elçin Quliyev  və gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən bura­xılışı vəziyyətini yoxlamış, dövlət sərhədindən keçən şəxslərlə söhbət etmiş və sərhəddən keçərkən üzləşdikləri problemlərlə maraqlanmışlar. Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitə­sinin əməkdaş­la­rının iştirakı ilə birgə xidməti müşa­virə keçirilmiş və vəzifəli şəxslərin  məruzələri dinlənilmişdir. Xidməti müşa­virə zamanı “Sınıq-Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar meydana çıxan məsələlər müzakirə olunmuş, şəxslərin və nəqliyyat  vasitələrinin dövlət sərhədindən keçmə vaxtının daha da qısaldılması məqsədilə xidməti prosedurların  təkmilləş­dirilməsi, dövlət sərhədindən buraxılış məntə­qəsin­də sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilmişdir.

                                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw