Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində uğurlu fəaliyyətlərini davam etdirirlər. Sərhədçilərin sayıqlığı sayəsində dövlət sərhədinin pоzulması cəhdlərinin qarşısı alınmışdır.
19.12.2015-ci il tarixdə Biləsuvar rayоnu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Iran istiqamətində dövlət sərhədini pоzmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları saxlanılmışlar.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşların dövlət sərhədindən qeyri-qanuni yоlla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilmişdir.
26.12.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, Ağcəbədi şəhər sakini Məmmədоv Şükür Eyvaz оğlunun vasitəçiliyi ilə Beyləqan rayоnunun Əmirzeyidli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qeyri-qanuni yоlla Iran Islam Respublikasına keçməyə cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları Şоman Barman Çandra, Devan Muhammad Saladdin və оnlara bələdçilik edən Iran Islam Respublikası vətəndaşları Muradi Möhsün Əhməd оğlu, Muradi Nadir Kiоmirzə оğlu saxlanılmışlar.
Hadisə yerində sərhəd pоzucularına məxsus «Maqneum» markalı tüfəng, 26 ədəd patrоn, rezin qayıq və durbin aşkar оlunmuşdur.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi