+
-
31.07.2012
31.07.2012 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

İyul ayının 30-da saat 23.35 radələrində Yardımlı rayonunun Abbaslı kənd ərazisindəki zastavanın xidməti sahəsində Dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş İİR vətəndaşı 1976-cı il təvəllüdlü Fətəlipur Arif İsmayıl oğlu sərhəd naryadı tərəfindən verilən «Dayan» komandasına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq qaçmağa cəhd göstərmişdir. Sərhəd naryadı təlimata uyğun hərəkət edərək sərhəd pozucusunu yaxalamaq məqsədilə silah tətbiq etmiş və sərhəd pozucusunu yaralamışdır. Sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralı Masallı rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. Hal-hazırda vəziyyəti sabitdir.

Şəxsin üzərinə və əl çantasına baxış zamanı fars dilində ədəbiyyat və yazılı bloknot, 1 ədəd nömrəsiz «Nokia» markalı mobil telefon, Azərbaycan Respublikası və İran İslam Respublikasının milli valyutaları aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw