+
-
22.12.2015
22.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci ilin dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komi­tə­sinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tərəfindən  “Samur” dövlət  sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitə­lərinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanıl­mışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmi­ləş­di­rilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­­­dirilməsi məq­sə­dilə dövlət sərhə­dindən keçən şəxslərlə söhbətlər edilmiş, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunmuşdur.

Bu məqsədlə general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə keçirilmiş xidməti müşa­virədə Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə­mizdə biznes mühitinin daha da yaxşılaşdırılması, sahib­kar­lığın inkişaf etdirilməsi, turizm imkanlarının genişləndirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafeyinin qorun­ması ilə bağlı son zamanlar qəbul etdiyi qərarların və verdiyi göstərişlərin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparıl­mışdır.

Bu tapşırıqlar baxımından “Samur” dövlət sərhədindən buraxılış məntə­qə­sin­dəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komi­tə­sinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlən­məsi məsələləri müza­kirə edilmiş və vəzifəli şəxslərin məru­zələri dinlənil­mişdir. Sərhədkeçmə məsələlərinin daha da təkmil­ləş­dirilməsi, son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi, dövlət sərhə­din­dən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilmişdir.

 

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw