+
-
17.12.2015
17.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki müşa­hi­­də və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

14 dekabr 2015-ci il tarixdə, saat 13:00 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıq­çı­nın həyatının təhlükə qarşısında qalması barədə məlu­mat daxil olmuşdur.

Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiq­ləş­di­ril­dikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticə­sin­də Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılmışlar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw