16.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər. Sərhəd­çi­lərin sayıqlığı nəticə­sin­də külli miqdarda qaçaqmalın dövlət sərhə­din­dən keçirilməsinin qar­şısı alın­mışdır.

Dekabr ayının 12-də saat 01:00 radələrində Biləsuvar rayonu Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədin­dən qaçaq yolla Azərbaycan Respublikasına gətirilmiş 1500 qutu “MM” siqaret­lə­ri­ni  gizlədilmiş yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılmışdır.

Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayə­sin­də 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azər­bay­can Respub­likasına gəti­rərkən Balakən rayon sakinləri Əliyev Rama­zan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılmışlar.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80