+
-
11.12.2015
11.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dekabrın 11-də Dövlət Sərhəd Xidmətinin Aparatında Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmiş­dir. Tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək xalqımızın 12 dekabrı böyük el məhəbbəti, minnət­dar­lıq hissi ilə qeyd etdiyini vurğulamış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açmışdır. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiy­yətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbay­canın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi uğurlar Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.

Dövlət Sərhəd Xidmətinin yaradıcısı olan Ulu Öndər imzaladığı fərman və sə­rən­camlarla milli sərhəd siyasətini formalaşdırmış, ölkə­mizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyənləşdirmiş­dir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidməti istənilən şəraitdə ölkəmizin sərhədlərinin toxunulmaz­lığını təmin edə bilən mütəşəkkil bir quruma çevrilmişdir.

Tədbirin sonunda Ulu Öndərin həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

                                      

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw